Sefirimizden ermeni jurnaliste keskin cavab – Foto

20:27 – xeber – İtaliyanın “Il Giornale” qəzetində jurnalist Can Mikalessinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinin ardınca Ermənistan-Azərbaycan münaqişəsi, xüsusilə də aprel ayında qoşunların təmas xəttində baş vermiş hadisələrlə bağlı erməni tərəfinin mövqeyini əks etdirən “Unudulmuş müharibənin postları arasında səyahət” adlı məqaləsi dərc edilib. Bununla əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin qəzetinin redaksiyasına ünvanladığı cavab məktubu işıq üzü görüb.
 
Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTac-a bildiriblər ki, məktubda M.Əhmədzadə beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunu 20 ildən artıq müddətdə işğal altında saxladığını, bir milyondan çox azərbaycanlının Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib.
 
Aprelin 2-də təmas xəttində hərbi əməliyyatların məhz Ermənistan silahlı qüvvələri tərəfindən başlanıldığına dair çoxsaylı dəlillərin olduğunu vurğulayan M.Əhmədzadə Azərbaycan tərəfindən mülki əhali arasındakı itkilər və mülki obyektlərə dəymiş ziyan, ASALA terrorçu təşkilatının üzvlərinin Ermənistan silahlı qüvvələri tərkibində döyüşməsi, Azərbaycana qarşı Ermənistan ordusu tərəfindən kimyəvi silahlardan istifadə edilməsi və nüvə silahından istifadə ilə təhdid kimi faktları oxucuların diqqətinə çatdırıb.
 
Qeyd edilib ki, bölgədə gərginliyə əsas səbəb Azərbaycan ərazilərinin işğalı və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə yerləşdirilməsidir və Ermənistan bu faktları ört-basdır etmək məqsədilə mövzu ilə bağlı geniş dezinformasiya kampaniyası həyata keçirir. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilmir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org