Sefirimiz Pakistanin xarici isler katibi ile gorusdu

21:44 – xeber – Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə etimadnaməsinin sürətini bu ölkənin xarici işlər katibinə təqdim edib.
 
Səfirlikdən Report-a verilən məlumata görə, görüş Pakistan Xarici İşlər Nazirliyində baş tutub.
 
Katib Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, hər iki ölkənin beynəlxalq məsələlərdə həmfikir olduğunu bildirib. O, həmçinin iki ölkənin rəhbərləri və xalqları arasında mövcüd olan səmimi dostluq münasibətlərini deyərək,  Azərbaycanın Pakistandakı səfirliyinin ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində fəaliyyətinə Pakistan Xarici İşlər Nazirliyinin hər zaman yardım göstərməyə hazır olduğunu vurğulayıb.
 
Ə.Əlizadə dost və qardaş ölkə olan Pakistana səfir təyin olunmasından şərəf hissi duyduğunu ifadə edib. Səfir Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyinə Pakistanın verdiyi dəstəyin hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib və göstərilən ədalətli yanaşmaya, səmimi diqqətə görə təşəkkür edib. O, xalqlarımız və dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin, sıx əlaqələrin, həyata keçirilən layihələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
 
Görüşdə həmçinin qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org