Seckilerle bagli maariflendirme aparilir

19:02 – xeber – Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Milli Məclisə təkrar seçkilərlə əlaqədar hazırlıq işlərini və maarifləndirmə tədbirlərini davam etdirir.
 
Axar.az MSK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə birgə 2016-cı il mayın 7-də “Seçki hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirəcək.
 
90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında baş tutacaq tədbirdə dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı nəzərdə tutulur. Seminarda Mərkəzi Seçki Komissiyası və Ombudsman Aparatının nümayəndələri tərəfindən əsas insan hüquq və azadlıqlarının tərkib hissəsi olan seçki hüququnun pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında baxılmasına dair müxtəlif mövzularda çıxışlar ediləcək, təqdimatlar və müzakirələr aparılacaq, həmçinin iştirakçıları maraqlandıran suallara aydınlıq gətiriləcək.
 
Qeyd edək ki, seçki hüquqlarının müdafiəsinə həsr olunan tədbir Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində təşkil edilir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org