“Seckiden sonra cetin olacaq…”

17:27 – xeber – Hökumətin ölkəni iqtisadi böhrandan çıxarmaq, beynəlxalq münasibətləri yaxşılaşdırmaqla bağlı xüsusi ideyası yoxdur. Seçkilərdən sonra vergi və yığımlar kəskin şəkildə artacaq.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Qazeta.ru” saytında dərc olunan məqalədə deyilib.
 
Yazıda 2017-ci ildə Rusiyada mənzil-kommunal xərclərinin çoxalacağı, işığın, qazın bahalaşacağı, sosial öhdəliklərin azalacağı vurğulanıb:
 
“Minimal iqtisadi dirçəlişə hər şeyə qənaət etməklə və daha çox xalqın hesabına nail olmaq niyyətindədirlər. Büdcəni planlaşdırarkən Nazirlər Kabineti bu fikrə əsaslanır. Baş nazir Dmitri Medvedev yalnız şüarlar səsləndirir. Halbuki 7 il əvvəl Medvedev istehsalın, nəqliyyatın, enerjidən istifadənin keyfiyyətinə görə Rusiyanı lider ölkəyə çevirəcəyini deyirdi. O, yeni yanacaq növlərinin hazırlanacağını, nüvə texnologiyalarının keyfiyyətinin artırılacağını, ölkəni tibbi avadanlıqların, dərmanların istehsalı üzrə irəli çəkəcəklərini, Rusiyanın yeni informasiya texnologiyalarından istifadə edərək qlobal informasiya şəbəkəsinə təsir edəcəyini deyirdi. Bu ideyaların heç biri reallaşmadı.
 
Medvedev yeni məqaləsində neftin qiymətinin Rusiyanın düşmənləri arasındakı siyasi razılaşmaya əsasən düşdüyünə işarə edir və elə danışır ki, guya iqtisadçılar neftin həmişə 100 dollar olmayacağını deməmişdilər. Ən başlıcası isə odur ki, nazir hökumətin istiqamətini göstərərək, siyasətin iqtisadiyyatdan, təhlükəsizliyin rifahdan vacib olduğunu vurğulamağa çalışır.
 
Hazırda Rusiya rəsmiləri ölkənin sanksiyalara tab gətirməsindən fəxrlə danışır, Rusiya iqtisadiyyatının parça-parça olduğunu deyən Obamaya istehza edirlər. Amma nəzərə almırlar ki, qərb siyasətçisi üçün əhalinin gəlirlərinin 7% düşməsi elə iqtisadiyyatın param-parça olması deməkdir.
 
Hökumətdəkilərə böhrana davam gətirmələri ilə qürrələnməyə imkan verən əsas amil rus xalqının həyat səviyyəsinin pisləşməsinə daha etiraz aksiyaları ilə deyil, “bundan da pis ola bilərdi” deyərək reaksiya verməsidir. Ona görə də, iqtisadiyyatın bu dönəmini xalqdan pul qopartmaq hesabına keçməkdən başqa yol görünmür. Büdcə strategiyasının müəllifləri bilirlər ki, sanksiyalar yaxın 3 il ərzində ləğv olunmayacaq.
 
Beləliklə, Rusiya hökumətinin yaxın gələcək üçün nəzərdə tutduğu strategiya vəziyyəti prezident seçkilərinə qədər uzatmaq, xalqı çox qıcıqlandırmamaqdan ibarətdir. Yəni seçkiyə qədər sakitlik ola bilər, ancaq seçkidən sonra çətin olacaq. Əhali bunu nəzərə almalı, planlarını buna görə qurmalıdır. Qarşıda bir il var, əlbəttə, əgər prezident seçkilərini vaxtından əvvəl keçirmək qərarına gəlməsələr… “

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org