Şebnem Bas Prokurorluga cagirilib? – “Birinci erimle mueyyen problemler yasanmisdi”

11 İyun 2016 15:18 – xeber –
Müğənni Şəbnəm Əsədovanın (Tovuzlu) Bakı şəhər Baş Prokurorluğuna çağırılması barədə xəbər yayılıb. Məlumatda müğənninin prokurorluğa çağırılaraq dindirildiyi bildirilib.
Olkem.az xeber verir ki, qafqazinfo məsələyə aydınlıq gətirmək üçün müğənni ilə əlaqə saxlayıb. 
Ş.Əsədova yayılan xəbərləri təkzib edib, ailəsi ilə birgə istirahətə getdiyini söyləyib:
"Cinayət törətməmişik, adam öldürməmişik, kiməsə şər atmamışıq. İndi ailəmlə birlikdə istirahətə gedirəm. Başqa nə ola bilər? Keçmişdə birinci həyat yoldaşımla müəyyən problemlər yaşanmışdı. Onun problemi özünə, bundan mənə nə? Məni çağırarlar, vəkilim bu işlə məşğul olar. Qanun, qayda var. Dərəlbəylik deyil ki? Camaat min dənə iş görür. Sadəcə olaraq, Şəbnəm gündəmdədir. Hamıdan gözəl və gəşəngdir, sözünü deyir, silləni bir dəfə vurub çıxır. Köhnə həyat yoldaşımla boşanmağımı, aramızdakı söz-söhbətləri ortaya atıblar. İndi ikinci həyat yoldaşım və ailəmlə çox xoşbəxtəm, istirahətə gedirəm. Yalandan reytinq xətrinə məlumatlar yaymasınlar, ayıbdır".
Qeyd edək ki, qafqazinfo-nun yaydığı məlumata görə, məşhur xanım müğənni Şəbnəm Tovuzlu qadın alveri ittihamı ilə MTN-ə aparılıb. İddia olunur ki, müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxs xahiş edib.
Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra "Qafqaz MTK"nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib. Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun "krışa"lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org