Saxta pul esginaslarinin satisi ile mesgul olanlar tutuldu


[r32]
– xeber –
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş İbrahim Qurbanovun tanışı Biləsuvar rayon sakini Ülvi Vahabzadə ilə birlikdə saxta pul əsginaslarının satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 6500 saxta manatı 2000 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Saxlanılan şəxslərin qaldıqları mənzildən saxta pul əsginaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
İlkin ifadələri zamanı hər iki şəxs hazırladıqları saxta pulların həqiqi əsginaslardan seçilməməsi üçün lisenziyalaşdırılmamış xüsusi haker proqramlarından da istifadə etdiklərini bildiriblər. Həmin proqramlar vasitəsilə İ.Qurbanov və Ü.Vahabzadə saxta pulların üzərinə həqiqi manatlarda olan müdafiə nişanları və eskizlərini köçürüblər.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org