14:46 – xeber – Əgər III Dünya müharibəsi olsa, Krım Ukraynanın tərkibinə qayıdacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ukraynalı deputat Nadejda Savçenko söyləyib. Onun sözlərinə görə, Krımın qayıtmasına müharibədən sonra beynəlxalq hüquq da yardım edə bilər.
Qeyd edək ki, Donbas müharibəsi zamanı Rusiyaya əsir düşən Savçenko mayın 25-də həbsdən azad edilib. O, Ukraynanın əlində olan iki Rusiya kəşfiyyatçısına dəyişdirilib.