Savas artacaq: Yaxin Şerq silahlanmaga basladi

09:09 – xeber – 2006-2010-cu illərdən fərqli olaraq son beş ildə Yaxın Şərqdə silah idxalı 61% artıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Stokholm Sülh Problemlərinin Araşdırılması Beynəlxalq İnstitutu yayıb. Hesabata əsasən, son beş ildə regiona göndərilən silahların 27%-i Səudiyyə Ərəbistanının payına düşüb:
 
“Bu silahların 18%-i Birləşmiş Ərəb Əmirlikləri, 14%-i isə Türkiyəyə aid olub. Regiona ixrac edilən silahların 53%-i ABŞ-ın, 9,6%-i Böyük Britaniyanın, 8,2%-i Rusiyanın payına düşüb.  BMT-nin embarqoları sayəsində son beş ildə İranın silah idxalında çox aşağı nəticəsi qeydə alınıb. Bir sıra dövlətlərin Yəmənə müdaxiləsi 2015-ci ildə ərəb koalisiyasında olan ölkələrin silah idxalını artırmasına səbəb olub. Bu ölkələr sırasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir yer alıblar. Ər-Riyad 2006-2010-cu illə müqayisə öz idxalını 275% artırıb. Ölkə 150 hərbi təyyarə, 1000 ədəd “hava-torpaq” tipli raket, ABŞ istehsalı olan tank əleyhinə raketlər, Britaniya istehsalı olan 14 ədəd hərbi təyyarə, Kanada istehsalı olan çoxlu sayda zirehli texnika sifariş verib.
 
BƏƏ 2001-ci ildən bu yana silah idxalını aktiv şəkildə atırır. Son illər ərzində rəsmi Əbu-Dabi silah idxalını 35% artırıb. 2006-2010 və 2011-2015-ci illərdə isə Qətərin silah alışı 279%-i keçib. Qətərin aldığı silahlar sırasında 24 hərbi vertolyot, 9 raketdən müdafiə sistemi, ABŞ istehsalı olan 3 radiolokasiya sistemi, Fransa istehsalı olan 24 ədəd hərbi təyyarə, Almaniya istehsalı olan 52 ədəd tank var. Misirin silah idxalı isə son illər ərzində 37% artıb”. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org