Şasiasviliden Qarabag muharibesinin sebebleri barede…

21:34 – xeber – İyunun 17-də Tbilisidəki Qafqaz Beynəlxalq Universitetində “Azərbaycanda və Gürcüstanda tarixi abidələrin mövcud vəziyyəti” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, beynəlxalq ekspertlərin, universitetin professor, müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın və Gürcüstanın işğal olunmuş ərazilərindəki tarixi abidələr barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb.
 
Gürcüstan-Azərbaycan Milli Konqresinin sədri Əli Babayev çıxışında deyib ki, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi ilə birgə keçirdikləri tədbirin əsas məqsədi gürcü alimlərlə birgə işğal altındakı tarixi abidələrimiz və ermənilərin törətdikləri vandalizm və digər cinayətlər barədə gürcü və dünya ictimaiyyətinə ətraflı məlumat verməkdir.
 
Qafqaz Beynəlxalq Universitetinin professoru, tarixçi alim Ketevan Şaşiaşvili çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri barədə məlumat verib. O deyib: “SSRİ dağıldıqdan sonra imperialist qüvvələr bizim dövlət müstəqilliyimizin bərpasına yol verməmək üçün müxtəlif planlar hazırlayıblar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı da bu planın tərkib hissəsi idi. Dağlıq Qarabağ və ona bitişik digər rayonlar SSRİ dövründə və ondan əvvəlki dövrlərdə də Azərbaycana məxsus olub. Gürcüstanın da ərazilərinin işğalı eyni ssenari əsasında həyata keçirilib. Bütün bunların bir məqsədi olub, iki dost və qardaş ölkə olan Azərbaycanın və Gürcüstanın müstəqil dövlət kimi dünya birliyində layiqli yer tutmalarına mane olmaq, inkişafdan saxlamaq. Müəyyən mənada buna nail olunsa da hər iki dövlət bu gün müstəqil siyasət yürüdür, möhkəmlənir və inkişaf edir”. Dünya birliyini erməni vandalizminə qarşı mübarizəyə səsləyən professor deyib ki, Gürcüstan hökuməti bununla bağlı xüsusi layihə hazırlayıb.
 
K.Şaşiaşvili jurnalistlərə müsahibəsində deyib: “Bu gün Azərbaycanın və Gürcüstanın işğal olunmuş ərazilərində minlərlə tarixi abidə var. Ermənilər bu abidələri dağıdır, talan edirlər. İslam mədəniyyətinə aid olan abidələr dağıdılır, xristian mədəniyyətinə aid olan abidələrin adları dəyişdirilir. Bu abidələrin bəziləri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Buna baxmayaraq, ermənilər Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdəki məbədlərin, alban tarixinə aid kilsə və digər tikili abidələrin adlarını silib erməni adı ilə qeydiyyata salıblar. Biz bu cür hallara qarşı mübarizəmizi gücləndirməliyik”.
 
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun üzvü Faiq İsmayılov çıxışında işğal olunmuş ərazilərimizdəki vəziyyətlə bağlı məlumat verib. Bildirib ki, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 6 minə yaxın daşınmaz tarixi abidə, 34 minə yaxın bədii irs nümunəsi qalıb. Ermənilər bu abidələrin əksəriyyətini dağıdıb, talan ediblər. Ermənistana aparılan abidələrin çoxu xaricə satılıb. İşğal altında olan kitabxanalarda saxlanılan 5 milyona yaxın kitabın da harada saxlanıldığı məlum deyil.
 
F.İsmayılovun çıxışı zamanı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanmış videoçarx nümayiş etdirilib. Videomateriallarda ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vandalizm konkret faktlarla iştirakçılarının diqqətinə çatdırılıb.
 
F.İsmayılov jurnalistlərə deyib: “Azərbaycanın və Gürcüstanın işğal altındakı ərazilərində erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatlar abidələrin mühafizəsinə nəzarət etməlidirlər. Çünki Ermənistan hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud şəkildə pozublar.
 
“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova, “Kommentarii” jurnalının baş redaktoru Vladimir Svidiani və başqaları çıxış edərək mövzunun aktuallığını qeyd edib, dünya ictimaiyyətinin bu məsələyə diqqətinin artırılmasının vacibliyini vurğulayıblar.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org