Samire ATV-den getdi (FOTO)

31 May 2016 10:45 – xeber –
"Məsuliyyətli bir işi çiyinlərim üzərinə götürməyə hazırlaşıram".
Olkem.az primetime.az-a istinadən xəbər verir ki, uzun illərdir Azad Azərbaycan telekanalının efirində xəbərlər proqramına aparıcılıq etmiş Samirə Mustafayeva öz istəyi ilə çalışdığı şirkəti tərk edib.
Aparıcının bu addımı atmasına səbəb yeni iş həyatına başlamaq niyyətidir. Əməkdaşımıza eksklüziv açıqlamasında xəbəri təsdiq edən S.Mustafayeva deyir ki, onun bu dəfə hədəflədiyi sahə televiziyadan çox uzaqdır:
"Hər zaman arzusunda olduğum böyük və məsuliyyətli bir işi çiyinlərim üzərinə götürməyə hazırlaşıram. Harada çalışaçağımın detallarını hələ ki gizli saxlayıram. İnanıram ki, bu sahədə də uğur mənimlə olacaq".
Ömrünün 15 ilini kamera qarşısında keçirən Samirə ən böyük uğurunu layiq görüldüyü "Tərəqqi" medalı ilə bağlayır: "Televiziya sahəsində yetərincə nailiyyətlər qazandım və bu yolda özümü sübut etdim. Teleməkanda ən böyük mukafatım isə sözsüz ki, "Tərəqqi" medalıdır. Əməyimə qiymət verən hər kəsə minnətdaram. Bu sahə həyatımda çox önəmli yer tutdu. İndi isə daha böyük uğurlar qazanmaq üçün fərqli yolla addımlayacağam".
Samirə həmçinin İnstagram sosial şəbəkəsindən uzaqlaşmasına da münasibət bildirib: "Sosial şəbəkə artıq vaxt itkisi idi. Yoruldum və səhifəmi bağladım. Çünki orada özünə hörmət etməyən bəzi səhifə istifadəçiləri var idi. İnstagrama sərf etdiyim zamanı işimə ayıracağam".
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Olkem.az Şou Facebook səhifəmizə üzv olun.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org