Salyanda DYP postuna silahli hucum – Teferruat


[r32]
– xeber –
21:41
Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum olub.
Report xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsindəki postda qeydə alınıb.
Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb. Sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Salyan şəhərində isə ona yol polisləri tərəfindən “saxla” əmri verilsə də, o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, 1982-ci il təvvəllüdlü polis əməkdaşı Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
İlkin məlumata görə, ötən gün DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə o, inzibati qaydada cərimələnib. Orxan Bağırovun hadisəni buna görə törətdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
***
Bu gün Salyan rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
APA-nın məlumatına görə, Salyanda DYP postunda silahdan atəş açan şəxs ötən gün Respublika Narkoloji Mərkəzindən buraxılıb. Elə həmin gün Ələt-Astara magistralı ilə idarə etdiyi "10 RS 444" dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərkən kamera görüntülərinə düşüb.
Salyan DYP postunda “saxlama” əmiri verilərkən polislərin üstünə avtomobili sürən Orxan Bağırov aradan çıxıb. Həmin gün onu saxlamaq mümkün olmayıb. Bu gün isə posta gələrək ötən günün növbətçi YPX əməkdaşlarını axtaran Bağırov silahdan göyə atəş açıb və oranı tərk edib.
YPX əməkdaşları Orxan Bağırovun avtoxuliqanlıq hərəkətlərinin kamera görüntülərini və digər qanunazidd hərəkətləri barədə Salyan polis şöbəsinə müraciət ediblər. Bu gün Salyan polis şöbəsinin YPX və 10 saylı tağımın əməkdaşları ilə birgə Orxan Bağırov saxlanılıb. Qeyd olunur ki, saxlanılan zaman narkotik vasitələrin təsiri altında olan O.Bağırov özünə atəş açmaq istəyib, lakin gülləsi olmayıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org