Saglam olmaq isteyirsinzse, oxuyun!

00:40 – xeber – Qaraciyər orqanizmdəki toksinləri özünə toplayır. Əgər sağlam olmaq istəyirsinizsə, mütləq qaraciyərinizin yağ və toksinlərdən təmizlənməsini təmin etməlisinz. Bunun üçün də xüsusi qidalar var.
 
Publika.az qaraciyər təmizləyən bitki və tərəvəzlərin siyahısını təqdim edir.
 
Sarımsaq
Sarımsaq qaraciyər fermentlərinin fəallaşmasını təmin edir. Qaraciyər fermentləri isə bədəndəki toksin maddələrin zərərsiz hala gətirilməsini və qaraciyərin təmizlənməsini təmin edir.
 
Qreypfrut
Həm yüksək miqdarda C vitamini ehtiva edən, həm də güclü  antioksidant olan qreypfrut qaraciyərin təbii dezinfeksiya funksiyasına yardım göstərir. Bir stəkan təzə sıxılmış qreypfrut şirəsi qaraciyərdə olan kanserogen və ya digər toksin maddələrin bədəndən atılmasını təmin edir.
 
Yerkökü və çuğundur
Hər iki tərəvəzdə yüksək miqdarda flavonoidlər ilə beta-karoten var. Bu iki təbii komponent qaraciyər funksiyalarını yaxşılaşdırır.
 
Yaşıl çay
Yaşıl çay qaraciyərin ən yaxşı “dostlarından” biridir. Yaşıl çayın tərkibindəki katexin adlı komponent güclü antioksidant anbarıdır. Katexin komponenti həm qaraciyər funksiyalarını yaxşılaşdırır, həm də bütün bədən sağlamlığı üçün son dərəcə faydalı bitkidir.
 
Göyərti
İstər bişmiş, istər suyu sıxılmış halda, istərsə də çiy istehlak edilən göy-göyərti qaraciyər üçün olduqca təsirlidir. Xlorofil ehtiva edən göyərtilər xüsusi ilə ispanaq qandakı toksin və kimyəvi maddələri təmizləyir.
 
Avokado
Avokadonun tərkibindəki glutatyon adı verilən təbii komponent qaraciyərin zərərli toksinlərdən təmizlənməsində böyük əhəmiyyətə malikdir.
 
Alma
Yüksək miqdarda pektin ehtiva edən alma həm qaraciyərin, həm də bütün həzm sistemi orqanlarının təmizlənməsini təmin edir. Eləcə də alma qaraciyərin toksin maddə yükünü azaldır.
 
Qoz
Yüksək miqdarda omega-3 yağ turşusu ehtiva əhatə edən qoz qaraciyərdə fəaliyyətinə yaxşı təsir edir.
 
Kələm        
Gül kələmi, kələm və brokkoli qaraciyər üçün xeyirlidir.  Bu bitkilərdə olan faydalı maddələr qaraciyərdə olan  kanserogen və toksin maddələrin uzaqlaşdırılmasını təmin edir və beləliklə də xərçəng əmələ gəlməsini qarşısını alır.
 
Sarıkök
 
Sarıkök iltihabın qarşısını alan faydalı ədviyyatdır. Həm xərçəngin qarşısını alır, həm də qaraciyəri qoruyur. Bu ədviyyat qaraciyəri təmizləməklə yanaşı, maddələr mübadiləsini tənzimləyir.
 
Limon
 
C vitamini ilə zəngin olan limon toksin maddələri orqanizmdən xaric edir. Səhərlər təzə sıxılmış limon suyu  içmək qaraciyər üçün çox xeyirlidir.
 
Kiona
 
Kinoa  və ya qara buğda kimi taxıllar un və ya digər tam taxıllarla müqayisədə qaraciyər üçün daha faydalıdır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org