Şadliq sarayi ve mağaza sahibleri Vergiler Nazirliyine cağirildi

10:44 – xeber – Mağaza və restoran sahibləri Vergilər Nazirliyinə toplandı. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, Vergilər Nazirliyində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlı görüş keçirilib.

Görüşdə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov Vergi Məcəlləsinə dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ veriləcək.

Ticarət dövriyyəsi 200.000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət və əmlak vergilərini dövlət büdcəsinə ödəməlidirlər.

Bildirilib ki, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi vergi inzibatçılığını sadələşdirməklə yanaşı, vergi ödəyicilərinin vergi yükünün azaldılması, ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma obyektinin genişlənməsi ilə nəticələnəcək.

Görüşdə musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi ilə də bağlı təlimatlar verilib. İctimai iaşə obyektlərinin sahiblərinə musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin qeydiyyata alınması, onlarla əməkdaşlığı qanunun tələblərinə uyğun formada qurmaqla bağlı tövsiyələr verilib və onlara bu obyektlərdə musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslərin qeydiyyat kitabı təqdim edilib.

Şadlıq sarayları, restoranlar və bu kimi digər obyektlərdə musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslər hər dəfə bu kitabda özləri barədə tələb olunan məlumatları, o cümlədən vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), çıxış etdiyi tarixi, çıxışa başladığı və çıxışını qurtardığı vaxtı, götərdiyi xidmət müqabilində aldığı məbləği qeyd etməli və bunlar həm xidmətin göstərildiyi obyektin nümayəndəsi, həm də xidmət göstərən tərəfindən həmin şəxslərin imzaları ilə təsdiqlənməlidir.

Qeydiyyat kitablarının tətbiqi bu sahədə mövcud olan boşluqların aradan qaldırılması, musiqi, əyləncə və digər bu kimi fəaliyyətlə məşğul olan şəxslərin vergiyə cəlb olunması ilə bağlı problemlərin aradan qaldırılmasına kömək edəcək.

Daha sonra sahibkarların çoxsaylı sualları cavablandırılıb və qaldırılan məsələlərlə bağlı onlara müvafiq izahatlar verilib.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org