Şad xeber: Baki-Zaqatala yolu qisaldildi – Video

10:07 – xeber – Pezidenti İlham Əliyevin 5 noyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən, ilkin olaraq ayrılan 3 milyon manat vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidənqurulması işlərinə başlayıb.
 
ASC-dən Axar.az-a verilən məlumata görə, hazırda ərazidə torpaq işləri görülür, yeni yol əsasınin tikintisi işləri aparılır.
 
3-cü texniki dərəcəyə aid olan yolun ümumi uzunluğu 29,8 km, torpaq yatağının eni 12,0 m, hərəkət zolağının sayı 2 olmaqla hər bir zolağın eni 3,75 m, çiyinlərin eni 2,5 m, çiyində bərkidici zolağın eni 0,5 m-dir. Asfalt-beton örtüklü yolda hesabi sürət 80 km/saat nəzərdə tutulub.
 
Layihə çərçivəsində 8 000 m3 bitki-torpaq qatının qazılıması, 550 000 m2 torpaq qazma işlərinin həyata keçirilməsi, 731 000 m3 karxana materiallarının daşınması və sərilərək kipləşdirilməsi işləri, 20 sm qalınlığında 320 000 m2 asfalt-beton qatının tikilməsi işləri aparılacaq.
 
Bundan başqa 5 ədəd yeni körpünün tikintisi və 1 ədəd mövcud körpünün əsaslı təmiri, dəmir-beton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, 24 ədəd avtobus dayanacağının tikintisi və müxtəlif işlərin icrası da nəzərdə tutulub.
 
Layihə reallaşdırıldıqdan sonra Qax və Zaqatala rayonları arasında hazırda istifadə olunan 46 kilometrlik məsafə qısalaraq 36 kilometr olacaq.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org