Saclarin karyeradaki rolundan xeberiniz var? (FOTO)

30 Dekabr 2015 15:50 – xeber –
Saç rənginin və düzümlərinin karyerada uğur qazanmağa təsir göstərdiyini bilirdinizmi?
Mütəxəssislər imici formalaşdıran ən böyük ünsürün saç olduğunu iddia edirlər. Bu səbəbdən, doğru saç forması ilə karyerada asanlıqla yüksəlmək mümkündür.
 
Publika.az karyeraya müsbət təsir edən saç stillərini təqdim edir:
 
Dünyaca məşhur ulduzların saç ustası Eşli Havyer karyera qurmaq üçün ən ideal saç stillərini belə sıralayır:
 
1. Qızılı saçlar
 
Məşhur moda mütəxəssisi, küçə dəbinin kraliçası Teylor Tomasi Hill qazandığı uğurlara məhz alovu xatırladan, qızılı saçları sayəsində qovuşub. Teylor saçlarını bu rəngə boyadıqdan sonra karyerasında sürətlə yüksəldiyini özü də etiraf edir.
 
2. Kare saç
 
"Vogue" jurnalının əfsanəvi rəhbəri Anna Vintur illərdir ki, eyni saç stilindən istifadə edir. Onun qısa, kare saçları bir çox xanımın məhz belə saç düzümünə müraciət etməsinə səbəb olub. Anna Vintur özünə yaraşan saç stilini tapıb, ondan daim istifadə etməyin həm karyeraya, həm də şəxsi həyata yaxşı təsir etdiyini deyir.
 
3. Yana ayrılmış saçlar
 
İllərdir ki, eyni saç stilindən istifadə edən ulduzlardan biri də "Friends" serialı ilə məşhurlaşan Cennifer Enistondur. Aktrisa yana ayrılmış, klassik düzümdəki saçlarından vaz keçməyi düşünmür. Bu saç stili Cenniferlə o qədər bütünləşib ki, hətta Amerikada saç ustaları bu düzümü "Cennifer Eniston saçı" adlandırır. 
 
4. Tünd saçlar
 
Runi Mara, Leyton Mister kimi aktrisalar artıq böyüdüklərini və daha ciddi rollara çəkilmək istədiklərini göstərmək üçün saçlarını tünd rəngə boyamağa başlayıblar.
Bu həm də aktrisaların daha öncə rol aldıqları seriallardakı imiclərinin unudulmasına yardım edib.
 
5. Sarı saçlar
 
Beyons "Destiny's Child" qrubundan ayrılıb öz karyerasını qurmaq istəyəndə saçlarını sarıya boyatmışdı. Sarı saçların cazibəsindən Merilin Monro kimi ulduzlar da istifadə ediblər.
 
6. Qısa saç
 
Qısa saç kəsimləri hamıya yaraşmır. Ancaq üz cizgilərinizin qüsursuz olduğunu düşünürsünüzsə, bu saç düzümünə müraciət edə bilərsiniz. Hollivudun ən diqqətçəkən aktrisalarından olan Enn Hetuey saçlarını qısa kəsdirərək artıq romantik komediyalar əvəzinə, ciddi işlərdə rol almaq istədiyini elan etdi.
 
7. Uzun saçlar
 
Yaşından daha gənc görünmək istəyənlər isə uzun saça üstünlük verirlər. Cennifer Lopez, Salma Hayek və Sofiya Verqara kimi ulduzlar məhz uzun saç sayəsində həm gənc, həm də seksual görünürlər.
 
8. Kəkil
 
Kəkil saxlamaq da riskli addımdır, hər kəsə yaraşmır. Ancaq yaraşdığı insanların karyerada uğur qazanmasına kömək edir. Məsələn, aktrisa Zoui Deşanel digər ulduzlardan seçilməsində məhz kəkillərinin yardımçı olduğunu etiraf edir.
 

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org