"Sabiroglu, hele ki, alovlu cixis ede bilersen…"

– xeber – Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu saytımıza açıqlamasında təxminən 20 il bundan öncə sabiq prezident Əbülfəz Elçibəyin Heydər Əliyevi təhqir etdiyinə görə, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilməsinə, həmin məhkəmə zamanı H.Əliyevin ictimai müdafiəçisi qismində çıxış etdiyinə diqqət çəkib. 

 

Məhkəmədə çıxışlarının olduğunu bildirən E.Sabiroğlu Ə.Elçibəyin ona ünvanladığı xəbərdarlığı da xatırladıb:

 

“Sabiroğlu hələ ki, alovlu çıxışlar edə bilərsən, buna görə tərifnamələr də almağın mümkündür. Ancaq onu yadında saxla ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq. Mənim bu sözlərimi qulağında sırğa elə”.

 

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov E.Sabiroğlunun sözügedən məhkəmə prosesində H.Əliyevin vəkili olmadığını vurğulayıb:

 

“E.Sabiroğlunun məlum prosesdə H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Həmin məhkəmə prosesində H.Əliyevin dörd vəkili olub. H.Əliyevin vəkili qismində mən, Tibb Universitetinin professoru Vaqif Şadlinski, millət vəkili Kərim Kərimov, bir də artıq haqq dünyasında olan Ağalar Abasbəyli çıxış edirdi. Biz vəkil olaraq rəsmi qaydada qeydiyyatdan keçən şəxslər olmuşuq. Bu gün məhkəməyə müraciət edib həmin sənədlərlə tanış olmaq, həmin vəkillərin kimliyinə aydınlıq gətirmək mümkündür. Bir daha qeyd edirəm ki, E.Sabiroğlunun H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır və həqiqəti əks etdirmir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org