Sabir: “Xalq aragi qarnina tokub keyf edir, men…”

16:59 – xeber – Bu gün Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin doğum günüdür. 
 
Axar.az xatırladır ki, Sabir 1862-ci ilin 30 mayında Şamaxıda anadan olub. 12 yaşına qədər mövhumatçıların yanında oxuyub, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçib. 
 
Müəllimi Ələkbərə fars dilindən şeirlər tərcümə etdirib, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verib, məktəbli şairin yaradıcılıq həvəsini artırıb. Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edib. 
 
Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədib. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıb. Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şeir yazmaqdan çəkindirə bilməyib. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şeir dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edib. 
 
Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyib. “Günəş” qəzetinin hər həftə nəşr olunan “Palanduz” sərlövhəsində Sabir “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirib. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edib. 
 
Böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub. Və 1911-ci ilin mayında müalicə üçün Tiflisə gəlib. O, Tiflisdə xəstə yatarkən həkimlər ona qarnını araqla sürtməyi tapşırıblar. Bir dəfə şəfqət baçısı onun qarnına araq çəkərkən, şair özünəməxsis bir zarafatyanalıqla deyib: “Xalq arağı qarnının içinə töküb keyf çəkir, mən bədbəxt isə qarnımın üstünə sürtüb əziyyət çəkirəm”. 
 
Qeyd edək ki, 1911-ci il iyulun 12-də Sabir həyatının və yaradıcılığının ən parlaq vaxtında vəfat edib. Yeddigünbəz qəbiristanlığında dəfn olunan Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şeirləri “Hophopnamə” adı ilə çap olunub. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org