Sabiq prezidentler Azerbaycana gelir

18:30 – xeber – Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa və Valdis Zatlers IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfərə gələcək.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, martın 10-11-də Bakıda Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək forumun mövzusu “Çoxqütblü dünyaya doğru”dur.
 
Qeyd edək ki, V.Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. 1999-2007-ci illər ərzində iki dəfə Latviya Respublikasının Prezidenti seçilən V.Vike-Freyberqa 2013, 2014 və 2015-ci illərdə Qlobal Bakı forumlarında iştirak edib. Bundan başqa, Qlobal forumlara hazırlıq məqsədilə keçirilən hazırlıq görüşlərinə qatılıb.
 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü V.Zatler isə 2007-2011-ci illərdə Latviyaya rəhbərlik edib. Sabiq prezident ötən il ölkəmizdə keçirilmiş III Qlobal Bakı Forumunda iştirak edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org