Saatlar ireli cekilib? – Çasqinliq


[r32]
– xeber –
Bu gün, martın 26-sı bəzi mobil cihazlarda saatlar avtomatik olaraq irəli çəkilib. Bu da bir çoxlarında çaşqınlıq yaradıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.
Ötən il, Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edildi və müvafiq olaraq ötən il oktyabrın 30-da ölkə ərazisində qış vaxtına keçid baş vermədi.
Bu səbəbdən bu gün, oktyabrın son bazar günü saatların 1 saat irəli çəkilməsinə ehtiyac qalmayıb.
Qərarın verilməsindən bir il keçməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də bəzi mobil qurğularında ötən gecə saatlar avtomatik olaraq 1 saat irəli çəkilib.
Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində "Vaxtın şəbəkədən avtomatik təyin edilməsi" və "Vaxt zonasının avtomatik təyin edilməsi" imkanlarını seçilməməsi səbəb olub.
Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür.
Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa, vaxtın təyin edilməsi panelindən "avtomatik vaxt zonasının seçilməsi" imkanını aktivləşdirmək lazımdır.
Bildirək ki, rabitə və kompüter sistemlərinin fəaliyyətində heç bir xəta baş verməyib, sistemlər normal çalışır və Azərbaycanın standart vaxt zonası GMT+4 olaraq göstərilir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org