Saatin icinde hebsxanaya narkotik kecirmek istedi


[r32]
– xeber –
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildiriblər ki, Penitensiar Xidmətin Baş İdarəsinin və 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 204.2-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Nicat Fərhad oğlunun yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Bakı şəhər sakini Qasımov Ramin Cümşidoviçin üzərinə baxış keçirilən zaman qolundakı saatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdən çəkisi 0.525 qram heroin aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Nizami Rayon Polis İdarəsinə göndərilib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org