Saakyan: “20 il sonra Ermenistan olmayacaq”


[r32]
– xeber –
Ermənistanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmüş məşhur erməni mikrocərrahı Artavazd Saakyan doğulduğu Tavuş rayonunun Koxb kəndində seçicilərlə görüşü zamanı ölkədəki situasiyanın acınacaqlı olduğunu deyib.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, namizəd dünyanın istənilən nöqtəsində olduğunu və hər yerdə erməni və yəhudi iş adamlarının üstünlük təşkil etdiyini gördüyünü söyləyib.
“Ürək ağrısı ilə sizə bir şeyi demək istərdim. Bu yaxınlarda olduqca istedadlı bir yəhudi mənə 20 il sonra Ermənistanın mövcud olmayacağını söyləydi. Sual verdim, niyə? O,mənə cavab verdi ki, yəhudilər yalnız öz dövlətlərinin rifahı barədə düşünür, onlardan heç də az istedadlı olmayan ermənilər isə daha çox ciblərini fikirləşir və boşboğazlıq etməyi sevirlər. Bu arada Ermənistan getdikcə ermənilərdən də məhrum qalacaq. Biz əslində bunun üzərində düşünməliyik”, – Saakyan bildirib.
Artavazd Saakyan Ermənistanda bir çox problemin müharibə ilə əlaqələndirildiyini, lakin bunun doğru olmadığını söyləyib.
”Ona qalsa İsrail də müharibə edir. Ermənistandan da az əraziyə malikdir. Lakin orada 8,5 milyon əhali yaşayır. Büdcəsi isə 85 milyard dollardan çoxdur. Çünki dövlət kimi dövlətdir. Heç bir İsrail məmuru erməni kimi öz xalqını cəzasız şəkildə soymur”, -həkim-namizəd sözlərini yekunlaşdırıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org