12:42 – xeber – Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin xüsusi təyinatlılarla mübahisəsini və onları təhqir etməsini əks etdirən video yayılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Saakaşvili Gürcüstanın Ukraynadakı keçmiş baş konsulu Teymuraz Nişnianidzenin kabinetinə girməyə çalışarkən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə yaşayıb. Bu zaman o, Ukrayna Təhlükəsizlik xidmətinin və Baş prokurorluğun əməkdaşlarını təhqir edib.
Saakaşvili özünün Feysbuk səhifəsində baş verən hadisənin təfərrüatını yazıb.
Mer bildirib ki, o, UTX əməkdaşlarının axtarışı zamanı bağlı qapı arxasında qalan işçisini xilas etmək üçün otağa girmək istəyib:
“Biz əməkdaşımızı xilas etmək üçün qapını sındırdıq və UTX-nin əməkdaşları bizi kameraya çəkdilər”.
Xatırladaq ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Odessa vilayəti dövlət administrasiyasının binasında axtarışa başlayıb. Binada axtarışlar Nişnianidzenin fəaliyyəti ilə əlaqədar aparılan cinayət işi çərçivəsində həyata keçirilib.