Saakasvili videosundan danisdi: "Rusiyanin oyunudur"

7 Yanvar 2016 16:28 – xeber –
Rusiya mətbuatında Gürcüstanın sabiq prezidenti, hazırda Odessanın qubernatoru vəzifəsində çalışan Mixeil Saakaşvilinin narkoman olması barədə iddialar ortaya çıxıb.
Olkem.az baku.ws-ə istinadən bildirir ki, Saakaşvilinin Gürcüstan prezidenti postunda olarkən iştirak etdiyi tədbirlərdən birində çəkilmiş video sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Saakaşvili özünü qəribə aparır. İlk öncə? Gürcüstan prezidenti maşından düşərkən qırmızı xalının üstü ilə hərəkət etmir. Daha sonra görüntülərdə Saakaşvili gəzərkən tarazlığını tənzimləyə bilmir. Onun gözlərinin axdığı və özündə olmadığı açıq görünür.
Bu məsələ ilə bağlı anspress-ə açıqlama verən Mixeil Saakaşvili haqqında yazılanların həqiqətə uyğun olmadığını bildirib. O, bunun Rusiya tərəfindən ona qarşı növbəti kampaniyanın tərkib hissəsi olduğunu deyib.
"Mən yeni ili cəbhə xəttində döyüşçülərlə birgə keçirdim. Mənə xəbərlər gəlirdi ki, Rusiya mətbuatı bu barədə mənə qarşı kampaniya aparır. Biz buna həmişə hazırıq. Bizim burada məqsədimiz uğurla davam edir. Ukrayna xalqı bu uğura nail olmaq uçün mərdliklə mübarizə aparır", – deyə Saakaşvili bildirib.
Saakaşvili ona qarşı aparılan bu kampaniyanın başında kimin dayandığını bildirərək buna hazır olduğunu qeyd edib: "Bilirəm ki, mənim haqqında nələr deyilə bilər, hansı iftiralar ola bilər. Mənim üçün ən əsası ətrafımın mənim haqda fikirləşdiyidir. Hələ ki, bu barədə şikayət yoxdur".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org