“Saakasvili olkeni xilas ede bilecek tek sexsdir”

09:12 – xeber – Bu gün hakim Gürcü Arzusu Partiyası siyasi bankrot olub.
 
Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze söyləyib. Onun sözlərinə görə, xüsusilə, bu, Zuqdidi rayonunda Vahid Milli Hərəkatın liderlərinə edilən hücumdan sonra tam aydın olub:
 
“Praktiki olaraq bütün Gürcüstan həmin şəxslərin cəzalandırılmasını tələb edir ki, bu da hakimiyyət üçün böyük zərbədir. Bundan başqa, hökumətin daxilində hazırda parçalanma gedir. Aydındır ki, belə bir şəraitdə Vahid Milli Hərəkat Partiyasının seçkidə qalib gəlməsi şansı üstündür. Problem ondadır ki, hazırda Milli Hərəkatın daxilində də fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqlarının bir qismi demokratik proses olsa da, digər qismi xaricdən yaradılır. İndiki şəraitdə Mixail Saakaşvili yeganə fiqurdur ki, partiya daxilindəki fərqli qrupları öz ətrafında birləşdirə bilər. Ona görə də Saakaşvilinin Gürcüstan siyasətində mövcudluğu həyati əhəmiyyət daşıyır. Üstəlik, hazırda hökuməti idarə edən oliqarx İvanişvilini Kreml dəstəkləyir. Kremldə Vahid Milli Hərəkat Partiyasının hakimiyyətə gəlməsini istəmirlər. Ona görə də Saakaşvili ölkəni rus oliqarxının idarəetməsindən qurtara biləcək yeganə fiqurdur”.
 
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bir müddət öncə mətbuata açıqlamasında oktyabrda keçiriləcək parlament seçkisindən öncə ölkəsinə qayıdacağını bəyan edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org