Rza Zerrabin var-dovletinin – Siyahisi

22:21 – xeber – Bir müddət əvvəl ABŞ-ın Mayami ştatında həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrabın var-dövlətinin siyahısı hazırlanıb. 
 
Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən biznesmen barəsində açılmış cinayət işinin istintaqını aparan prokurorun hazırladığı sənəddə iş adamına məxsus olan iri mülklər sadalanıb.
 
Zərrab ailəsinə məxsus olan var-dövlətə həsr edilmiş sənəddə qeyd edilir ki, iş adamı verdiyi ilk ifadədə 8 milyon dollarlıq evinin, bir ofisinin və Türkiyədə cəmi bir mağazasının olduğunu qeyd edib. Lakin sonrakı araşdırmalar bu ifadənin həqiqətə uyğun olmadığını üzə çıxarıb və Rza Zərrabın sahibi olduğu var-dövlətin siyahısı hazırlanıb.
 
Siyahıdakı ən dəyərli mülk və əşyaların adları:
 
1. Rza Zərrabın öz adına olan 20 daşınmaz əmlak, çoxsaylı şirkətlər, qızı və həyat yoldaşının adına olan 3 mülk.
2. Ümumi dəyəri 40 min avrodan çox olan silahlar.
3. Zərraba, həyat yoldaşına və “Royal Group” şirkətinə məxsus olan və ümumi dəyəri 100 min dollardan artıq olan 6 at.
4. “Rza Yaxtaçılıq” və “Royal Turk LLC” şirkətlərinə məxsus olan 7 gəmi.
5. “TC-RZA” şirkətinin balansında olan özəl təyyarə.
6. İş adamının özünə və şirkətinə məxsus olan 17 lüks avtomobil.
7. Ümumi dəyəri 10 milyon dolları keçən qiymətli sənət əsərləri. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org