Rusun, yehudinin nokerciliyini edirik…


[r32]
– xeber –
Qürbətin adamı peşman edən çağları da çoxdu, lap çox… sevindirən anları nə qədər çox olsa da…
Qürbət dedikdə bizim 3-4 günlük səyahətimiz nəzərdə tutulmasın gərək. Qürbətdə yaşamaq, işləmək, özünə karyera qurmaq çətindir. Amma bizimkilərin əksəriyyəti bu çətinliyi elə asanca arxada qoyublar ki…
Dəfələrlə ölkədən kənarda yaşayanlarla ünsiyyətdə olmuşam. Baxışlarında qürbətin acısı oxunib, səslərində kövrək notlar bir-birini əvəz edib, dodaqları illər ayrısı tək dillərindən çıxan bu sözlərin yerə düşüb çiliklənməsindən qorxub sanki, soruşublr:
– Vətəndə nə var, nə yox? – Ardınca da ümüdsüzlük, inamsızlıq: – Doğrudanda hər şey televiziyaların göstərdiyi kimidir?
“Vətən” kəlməsi onların dilində necə gözəl səslənir… Vətəni necə də sevirlər, ilahi.
– Rusun, yəhudinin nökərçiliyini edirik burda, amma neynəyək?
Belə deyənlərimiz də var. Amma bu Vətəndən incik olanlar, bir tikə çörəyin ardınca soyuq Sibirə, torpağın qurtarıb suların başladığı Arxangelskə, uzaq Maqadana üz tutanlar Vətən üçün nələr etmirlər? Saymaqnan qurtarmaz ki…
Adət-ənənəmizi qoruyub saxlayır, tədbirlər keçirir, bayramlarımızı unutmurlar. Evlərində, maşınlarında, iş yerlərində Azərbaycanın bayrağını saxlamaq, azərbaycanlı adını yüksək tutmaq üçün, mübahusələrdən – mübarizələrdən çıxmaq üçün nələrə əl atmırlar?
Əksəriyyətinin heç fərli-başlı təhsili də yoxdur. Amma həyat məktəbinə gedirlər, hələ də öyrənirlər, məzun ola bilmirlər bu məktəbdən… Vətən haqda mahnı “repertuarlarından” əskik olmaz…
– Hər şeyimiz var! Burda əlimizdən almırlar, incitmirlər bizi, vergimizi ödəyirik…
Sözsüz ki, bunun əksini də görürük. Qürbətdə özünü təsdiq edib, dolanışığını qurub, özlərini qura bilməyənlərimiz də var. Onların davranışları ürəkaçan olmur, kobud danışır, səslərini ucaldırlar… Utanırsan…
Belələrindən bir neçəsi ilə də həmsöhbət oldum, “Vətən mənə nə verdi ki” deyənlərə, məşhur “bəs sən Vətənə nə verdin” sualını ünvanladığım da oldu. Bu sualın qarşısında susanlar da oldu, özlərinə haqq qazandıranlar da… Hər birinin də özünəməxsus arqumenti, hər birinin də içində özünəməxsus Vətən sevgisi…
Gedənlərimiz özləri ilə Vətənin adını, sevgisini, həsrətini də aparıb…
Bakı-Arxangelsk.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org