Rusiyanin Turkiyeye qarsi yeni oyunu

31 Dekabr 2015 16:15 – xeber –
Rəsmi Moskva Türkiyənin cənub – şərqində separatçı PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatına qarşı keçirilən hərbi əməliyyatlara görə narahatlığını açıqlayıb.
Olkem.az anspress-ə istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısındakı çıxışı zamanı danışıb. Lavrov bu əməliyyatlar zamanı aralarında qadın və uşaqların da olduğu çox sayda günahsız insanın öldüyünü iddia edib.
"Türkiyə hökumətinin ölkənin cənub-şərqində, kürdlərin kompakt yaşadığı yerlərdə keçirdiyi əməliyyatları təşvişlə izləyirik. Bəzi şəhərlərdə komendant saatı tətbiq olunur və bu yerlərdən avtomobillərin keçməsinə izn verilmir. Əməliyyatların keçirildiyi yerlərə siyasətçilərin, jurnalistlərin və hüquq müdafiəsi təşkilatlarının girişi qadağan olunub. Bəzi bölgələrdə ərzaq çatışmazlığı var və vəziyyət humanitar fəlakətə yaxındır."

Türkiyə hökumətini zorakılığı dayandırmağa səsləyən Rusiyanın ali diplomatı rəsmi Ankaranı "sülh prosesini" bərpa etməyə dəvət edib.
"Türkiyə hökumətini bu zorakılığı ən yaxın vaxtda dayandırmaq üçün lazımi addımları atmağa və 2015-ci ilin iyulunda razılaşdırılan "sülh prosesi"nə yenidən başlamağa dəvət edirik. Kürd probleminin həllinin təməlində siyasət var. Daxili problemləri silah yoluyla həll etməyə çalışmaq yeni itkilərə və vəziyyətin daha da gərginləşməsinə səbəb olar."

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24" hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb.
PKK terror təşkilatının siyasi qolu Xalqların Demokeratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş ötən həftə Rusyanın paytaxtı Moskvada səfərə getnişdi. Bu səfəri şərh edən bəzi politoloqlar, rəsmi Ankara ilə aralarında olan gərginlik səbəbindən Rusiyanın Türkiyədəki PKK terror təşkilatına dəstək verəcəyini iddia etmişdi.
Demirtaşın Rusiya səfərindən sonra Türkiyədəki separatçılar ölkənin müxtəlif şəhərlərində aktiv terror fəaliyyətlərinə başlayıblar.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org