14:04 – xeber – ABŞ-ın maliyyə dəstəyi sayəsində Gürcüstan Rusiyadan iqtisadi asılılığını azaldır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Senatında dinləmələr zamanı Dövlət katibinin köməkçisi Viktoriya Nuland söyləyib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti Rusiya təzyiqləri qarşısında müdafiəsiz qalan ölkələrin, xüsusilə, Ukrayna, Gürcüstan, Moldova və qərbi Balkan ölkələrinin iqtisadiyyatlarının inkişafı üçün 787 milyon dolların ayrılmasını tələb edib.
O, həmçinin ABŞ-ın Avropa və Avrasiyada kəşfiyyat sahəsindəki əməkdaşlığı dərinləşdirdiyini bildirib.
Nuland Vaşinqtonun bununla Rusiyanın regiondakı ölkələrin daxili siyasətlərinə manipulyasiyasını minimuma endirməyi planlaşdırdığını söyləyib.