Rusiyanin oyuncagina cevrilmis Meherremov…


[r32]
– xeber –
Azərbaycan Fəxrəddin Aboszadə və Zabil Məhərrəmova iş, çörək versə də, Rusiyaya sığınan bu şəxslər vətənlərinə xəyanət etmiş insanlardır. Bu gün sözügedən şəxslər erməni xüsusi xidmətləri və Rusiyanın müəyyən dairələrinin əlində oyuncağa çevriliblər.
Bu sözləri Axar.az-a millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərinin timsalında Azərbaycan əleyhinə aparılan fəaliyyətin əsasında daha çox xaricdə müəyyən antiazərbaycan mərkəzlərini genişləndirmək siyasəti durur:
“Azərbaycanın inkişafı, qazandığı böyük nüfuz və uğurlar xaricdə müəyyən dairələri daim narahat edib. Bu dairələr Azərbaycanın daxilinə nifaq toxumu salmaqla, yaxud da insanlarda yanlış təsəvvür yaratmaqla ölkəmizin inkişafına mane ola bilməyəcəklər. Azərbaycana qarşı aparılan bu aqressiv siyasətin heç bir nəticəsi olmayıb və ola da bilməz. Bu gün hər bir azərbaycanlı ölkəsinin müstəqilliyinin qorunmasına öz təhfəsini verir. Hesab edirəm ki, sözügedən şəxslərin hərəkətləri Azərbaycan Cinayət Məcəlləsinin tələblərinə cavab verərsə, onlara qarşı hüquqi proses başlana bilər. Ancaq bir məsələ də var ki, bu şəxslər Azərbaycanda onlara qarşı cinayət işi açılmasından istifadə edərək, beynəlxalq aləmdə guya təqib edildiklərini iddia edə və öz çirkin kampaniyalarına yeni bir rəvac verə bilərlər. Rusiyanın bəlli çevrələrinin əlində bir alətə çevrilmiş bu şəxslərdən hər şey gözləmək olar”.
Millət vəkili bildirib ki, onlara qarşı hər hansı bir prosedur bu şəxslərin diqqət mərkəzinə çıxmasına və apardıqları çirkin kampaniyaların daha da genişlənməsinə səbəb ola bilər:
“Əgər onların fikirləri geniş auditoriya toplamırsa və Azərbaycanda dəstək qazana bilmirsə, heç belələrinə əhəmiyyət verməyə dəyməz. Bu gün 10 milyonluq Azərbaycan üçün qeyd edilən soyadlar heç bir anlam kəsb etmir. Bu xəyanətkarlar heç bir zaman xalqın diqqətini cəlb edə bilməzlər”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org