Rusiyanin Nazarbayev qorxusu: ABŞ regiona qayidir…


[r32]
– xeber –
Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin bildirib ki, Rusiya və Qazaxıstan Mərkəzi Asiyada geosiyasi oyunların baş verməməsi üçün çox şey edə bilər. O, üçüncü ölkələrin MDB, Avrasiya İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və KTMT-yə üzv dövlətlər arasında rəqabət və təhlükəli fikir ayrılığı formalaşdırmağa cəhd etdiyini, bu istiqamətdə antirusiya sanksiyalarından istifadə edildiyini və Rusiya ilə əməkdaşlığa sadiq qalanların təhdidə məruz qaldığını deyib.
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadənin Axar.az-a müsahibəsini təqdim edirik:
– Karasinin bu açıqlamasından öncə ABŞ Mərkəzi Komandanlığının rəhbəri Cozef Votel Mərkəzi Asiyanın ABŞ üçün lazımlı olduğunu qeyd etmişdi. Sizcə, Karasinin açıqlaması ABŞ-ın Mərkəzi Asiyaya geri dönüşü kimi anlaşıla bilərmi?
– ABŞ-ın Mərkəzi Asiya ilə bağlı uğurlu 5+1 formatı var. Bu format çərçivəsində beş Mərkəzi Asiya ölkəsi Amerika ilə münasibətlərini, təhlükəsizlik və iqtisadi məsələlərini tənzimləyir. Bu format neçə ildir ki, fəaliyyət göstərir və öz bəhrəsini verir. Nazarbayevin ilin I yarısında ABŞ-a səfərində 5+1 formatı yenidən müzakirə olunub və Qazaxıstan bu formatın inkişafında maraqlı olduğunu bildirib. Sanki Qazaxıstan bu məsuliyyəti digər ölkələrlə bölüşür. Bunu formatda yerdə alan ölkələr də çox gözəl başa düşürlər. Əfqanıstanla bağlı problemlərin çözülməsində ABŞ-la əməkdaşlıq xeyli fayda verir, eyni zamanda, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin həllində də Amerikanın yardımına ehtiyac var. ABŞ-ın Qazaxıstan, Özbəkistan və Türkmənistanda iri qaz şirkətləri fəaliyyət göstərir və bu qarşılıqlı əməkdaşlıqdan dövlətlər milyardlarla dollarlıq fayda götürürlər. Özbəkistan prezidenti də ilin II yarısında Vaşinqtona rəsmi səfərə hazırlaşır. Qazaxıstanın ardınca Özbəkistanın da bu formatda fəal iştirakı əlbəttə Rusiyada qıcıq yaradır. Moskva görür ki, regionun iri ölkələri Amerikanın bu formatına rəğbətlə yanaşır və ABŞ-la əməkdaşlığa üstünlük verirlər. Rusiya isə bunu öz əleyhinə olan addım kimi qəbul edir. Bu yaxınlarda Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan qaz kəmərinin inşasına start verilib. Bu da sırf Amerikanın dəstəklədiyi bir layihədir. Moskva həmçinin bundan da narahatdır və elə başa düşür ki, ABŞ öz dayaqlarını regionda möhkəmləndirir. Karasindən öncə Lavrov da açıqlama vermişdi ki, bu planlardan narahatdırlar. Ancaq buna baxmayaraq, bu planların həyata keçirilməsinə heç nə mane olmur. Çünki reallıqda burada Rusiyanın əleyhinə nəsə yoxdur. Yəni sözügedən ölkələr regionda Amerika ilə birgə baza qurmurlar, antirusiya siyasi layihələri həyata keçirmirlər. Ona görə də Moskvanın yersiz narahatlığının heç bir əsası yoxdur. Karasinin açıqlaması diplomatik müstəvidədir və real siyasətə təsir etməyəcək.
– Düşünmək olarmı ki, Moskva Nazarbayevin dəstəyini itirəcəyindən qorxur?
– Rusiyanın qorxduğunu deməzdim, sadəcə, ehtiyat edir. Ümumiyyətlə, Rusiya-Qazaxıstan münasibətləri hazırda başqa aspektlərə söykənir. Rusiya Qazaxıstanda hakimiyyət tranzitinin baş verə biləcəyindən ehtiyat edir. Kremli Nazarbayev hakimiyyətdən getdikdən sonra onun yerinə hansı qüvvələrin gələcəyi maraqlandırır. Moskva Qazaxıstanda antirusiya qüvvələrin hakimiyyətə gəlməsini istəmir. Kremldə Rusiyanı dəstəkləyən qüvvələrə siyasi dəstək vermək haqda düşünürlər. Sözügedən açıqlamaların çoxu da məhz buna hesablanıb, yəni “biz də varıq”.
– İlqar müəllim, bu arada Çinin hansı mövqedə dayanacağı maraq doğurur.
– Çin açıq hərəkətə keçməyə tələsmir, hələ ki, seyrçi vəziyyətindədir. Çinə bu regionda öz nüfuzunu saxlamaq və daha çox iqtisadi-ticari rıçaqlardan istifadə etmək lazımdır. Pekin siyasətə də bir o qədər qarışmır. Bu, Mərkəzi Asiya ölkələri üçün də məqbuldur, çünki bu ölkələr hər hansı bir siyasi müdaxiləyə həssasdırlar. Nə qədər ki, Çin belə siyasi müdaxilələrə yol vermir, bu siyasət bir o qədər də digər ölkələr üçün məqbul sayılacaq. Nə Amerika, nə də Rusiya Çini bu regionda əvəz edə bilər. Çin bunu çox gözəl başa düşür və ona görə də fərqli siyasət aparır. Bu siyasətin də əsas məğzi ondan ibarətdir ki, Çinin həyata keçirdiyi layihələr regionda önəmli yer tutsun. Pekin istəyinə nail olur, Moskva və Vaşinqton isə ona qarşı əks strategiya aparmır. Mərkəzi Asiya üçün Çin əsas investorlardan biridir, ona görə də bu siyasət davam etdiriləcək. Bir sözlə, heç kəs Pekinin maraqlarına əsaslı surətdə təhlükə törətmir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org