23:20 – xeber – Rusiyanın Suriyada müxalif qüvvələr və terrorçulara qarşı istifadə etdiyi silahlar yenidən gündəmə gəlib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, son aylarda Yaxın Şərqdə hərbi qüdrətini artıran Rusiya əməliyyatlar zamanı ən müasir silahlarından istifadə edir.
Rusiya Hava Qüvvələrinin Su-34 təyyarələri Suriyada aparılan əməliyyatlarda aktiv iştirak edir. Bir səfərə 4 min kilometr məsafə qət edə bilən Su-34, saatda 1600 kilometr sürətlə uçur.
Moskva 2016-cı ilin əvvəlindən etibarən yeni nəsil Su-35 S-lərini də Suriyaya göndərib.
Rusiyanın İŞİD əməliyyatlarında istifadə etdiyi silahlardan biri də Xəzər donanmasının tərkibindəki uzun mənzilli kalibr-NK raketləridir. Bu raketlər quruda 2600 kilometr uzaqlıqdakı hədəfləri vura bilir.
Hər cür hücum əməliyyatı üçün olduqca rahat olan BTR-82A1 zirehli nəqliyyat vasitəsi isə rəqəmsal sistemə malikdir.
“Tupolev Tu-160” trateji bombardman təyyarələri bir dəfəyə 14 min kilometr yol qət edə bilir. Bu təyyarələr KAB-500 idarə olunan bombaları, Kh-29L lazer idarə olunan raketləri və Kh-101 kruz mərmiləri ilə Suriyada əməliyyatlara qoşulur.
Rusiyanın “TOS-1A Buratino” sistemi Yaxın Şərqdə ən çox istifadə edilən silahdır. Xüsusilə dağlıq bölgələrdə əvəzolunmaz effekt verən sistem 6-12 saniyədə 24 raket ata bilir.