14:10 – xeber – NATO-nun Polşada yerləşdiriləcəyi bircə batalyon Rusiyanın müdaxiləsini dayandırmaq üçün kifayət edəcək.
Axar.az Defens Nyus-a istinadən xəbər verir ki, bu açıqlama ilə Polşanın Müdafiə naziri Antoni Matsereviç çıxış edib.
Onun sözlərinə görə, batalyonun əsas vəzifəsi hücumu dayandırmaq deyil, onun qarşısını almaq olmalıdır:
“Batalyon Rusiyanın aqresiyasının qarşısını almağa kömək edə və Alyansa vaxt qazandıra bilər”.