00:17 – xeber – Rəsmi Ankara Türkiyə-Suriya sərhədinə beynəlxalq müşahidəçiləri dəvət etməlidir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rəsmi Ankara Suriyaya gedən yük maşınlarının yoxlanılması üçün sərhəd-keçid məntəqələrinə beynəlxalq müşahidəçiləri dəvət etməlidir. Yalnız belə olan halda Türkiyə ilə bağlı yayılan əsassız məlumatlara son qoyula bilər. Çox istərdik ki, Türkiyə bu təklifimizə münasibət bildirsin”, – Zaxarova deyib.