23:34 – xeber – Rusiya mediası Türkiyənin Suriyada PYD-nin YPG hərbi qanadını vurması barədə yayılan xəbərlərə reaksiya verib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Rusiya mediası Türkiyənin Suriyanın Azez şəhərində irəliləyən YPG-ni vurmasını təhrif edib.
Rus mediası Türkiyənin bombardmana məruz qoyduğu ərazilərdə YPG-nin olmadığını bildirib.
Türkiyə Silahlı Qüvvələri Suriyada PYD-nin silahlı birləşməsi YPG-nin mövqelərini bombardman edib.
Qeyd edək ki, bu gün YPG qüvvələri Türkiyə sərhədindəki Azez rayonuna qədər irəlilədikdən sonra Türkiyə ordusu hücuma başlamış, terrorçuların mövqelərini bombardman etmişdi.