Rusiyadan Gurcustandaki seckiye maraqli reaksiya

17:47 – xeber – Gürcüstandakı parlament seçkisinin nəticəsi ölkənin qərbyönlü siyasətdən əl çəkməsini göstərdi.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Dumanın MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov söyləyib. Onun sözlərinə görə, rusiyalı deputatlar bundan sonra Gürcüstan parlamenti ilə əlaqələr qurmağa çalışacaqlar:
 
“Seçkidən az öncə onların elitasının nümayəndələri Rusiya ilə münasibətlərin normallaşdırılmasından bəhs etdilər. Bu onların Abxaziya və Cənubi Osetiyada olan hadisələri tanıması yox, açıq-aşkar kompromis axtarmaları demək idi”.
 
Qeyd edək ki, oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkisinin nəticəsinə əsasən, proporsional siyahı üzrə cəmi 3 partiya parlamentə keçə bilib: Gürcü Arzusu Partiyası 48,65 faiz, Vahid Milli Hərəkat Partiyası 27,11 faiz səs toplayıb, Gürcüstan Vətənpərvərlər Alyansı isə 5 faizlik baryeri adlayıb. Parlamentə düşən Gürcüstan Vətənpərvərləri Alyansı rəsmi Tiflisin siyasətinin əleyhdarıdır. Bu partiya antiqərb, antitürk mövqeyi ilə seçilir.
 
Əsas müxalifət partiyalarından olan İrakli Alasaniya-Azad demokratlar Partiyası 4,62 faizlə mandat qazana bilməyib. Parlamentdə təmsil olunmaq üçün hər bir partiya 5 faizlik həddi keçməlidir.
 
Gürcüstan MSK-nın ən son məlumatına görə, əksər majoritar dairələrdə namizədlər lazım olan səsi toplaya bilməyiblər. Ona görə də həmin dairələrdə ikinci tur keçiriləcək. İkinci turun noyabrın 2-də keçiriləcəyi gözlənilir. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org