[r32]
– xeber –
Suriyada qalıcı sabitliyin yaradılması üçün bütün tərəflər bu ölkədə apardığı əməliyyatlara son verməlidir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev deyib.
Bundan sonra jurnalistlərdən biri “Bu, Türkiyənin də hərbi əməliyyatları dayandırmasını istədiyimiz anlamına gəlir?” – deyə sual ünvanlayıb.
“Türkiyə bizim üçün olduqca strateji partnyordur. Əlbəttə, Türkiyə hökuməti ilə bu yöndə danışıqlar aparırıq və türklər bizi anlayır”, – Kosaçev cavabında bildirib.