Rusiyadaki sesvermede secici fealligi belli oldu

22:36 – xeber – Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ölkəmizin Rusiya Federasiyasındakı səfirliyində keçirilən ümumxalq səsverməsi – referendum yerli vaxtla saat 19:00-da başa çatıb.
 
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, yüksək seçici fəallığı ilə baş tutmuş səsverməyə Rusiya ərazisində daimi yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşları, o cümlədən Rusiyanın Ryazan vilayətindəki Federal Cəzaların İcrası Xidmətinin Hüquq və İdarəetmə Akademiyasında təhsil alan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin kursantları, Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Mülki Müdafiə Akademiyasında müdavim olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin zabitləri qatılıblar. Həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri xüsusi fəallıq göstəriblər. Bununla yanaşı, referendumda ən yaşlı seçici -“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının ağsaqqallar şurasının sədri, professor Mixail Aqarunov xanımı ilə və ilk dəfə seçkilərdə iştirak edən ən gənc seçici Leyla Bülbül səsvermə hüquqlarından istifadə ediblər.
 
Səfirlikdə yaradılmış 17 saylı Yasamal III seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində konsulluq uçotunda olan 1500 Azərbaycan vətəndaşından 1498 nəfəri səs verib. Bu da ümumi seçici hüququna malik vətəndaşlarımızın 99,86 faizini təşkil edir.
 
Referendumun gedişini izləyən MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər tərəfindən səsvermə zamanı heç bir nöqsana, qanun pozuntusuna rast gəlinmədiyi vurğulanıb, referendumun yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org