Rusiyada Naxcivan xanligina mexsus bayraq askar edilib

7 Yanvar 2016 12:39 – xeber –
Rusiyanın Sankt-Peterburq şəhərində "Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb Tarixi Muzeyi"nin bayraq fondunda aparılan tədqiqat nəticəsində Azərbaycanın Naxçıvan xanlığına məxsus olan və indiyədək məlum olmayan bayraq aşkar edilib. Olkem.az xeber verir ki, bu barədə Report-a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib. 
Məlumata görə, Sankt-Peterburq şəhərində ezamiyyətdə olan muzeyin əməkdaşı Pərvin Gözəlovun aşkarladığı Naxçıvan xanlığının üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı rus qoşunları tərəfindən alınıb və general İ.Paskeviç tərəfindən Sankt-Peterburqa göndərilib.
Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin fondunda bu bayraq "XVIII-XIX əsr müsəlman bayrağı" adı ilə saxlanılır.
Qeyd edək ki, Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formadadır. Eni 92, uzunluğu 192 sm olan bayraq bir-birinə üfqi şəkildə tikilən yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan günəşin simvolik təsvirinə bənzər səkkizgüşəli ulduz tikilib. Şam ağacından hazırlanan bayraq ağacının üzərinə dəmirdən düzəltdirilən nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org