Rusiyada "Halal" teyyare reysleri

31 Dekabr 2015 19:57 – xeber –
Rusiya hava yolları şirkətləri, başda milli hava yolu şirkəti Aeroflot olmaqla təyyarələrdə müsəlman sərnişinləri halal qidalarla təmin edəcək.
Olkem.az anspress-ə istinadən bildirir ki, Rusiya Müsəlman Sahibkarlar İttifaqı Rus hava yolları şirkətlərinin daxili və xarici səfərləri zamanı sərnişinlərə təqdim etmək üçün halal yeməklər göndərməyə başlayıb.
Rusiya Müsəlman Sahibkarlar İttifaqının rəhbərinin köməkçisi Aydar Şagimardanov verdiyi açıqlamada bildirib ki, halal qidalar xüsusən Aeroflot hava yolu şirkətinin bütün təyyarələrində servis ediləcək. Bu xidmət 1 yanvar 2016-cı ildə fəaliyyətə başlayacaq.
Şagimardanov Rusiyada halal qidanın "çox böyük bazara" sahib olduğunu, lakin su nəqliyyatında halal yemək xidməti göstərilmədiyini deyib.
Digər tərəfdən Rusiya Müftilər Şurası Beynəlxalq "Halal" Standartlaşdırma və Sertifikasiya Mərkəzinin Rəhbəri Aydar Qazizov sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrində servis edilən yeməklərə halal qidaları daxil etmək üçün əllərindən gələni etdiklərini bildirdi.
Halal yeməklər Malayziya aviaşirkəti "Rayani Air"də də sərnişinlərə servis edilir.
Belə ki, Malayziyanın yeganə islam aviaşirkəti "Rayani Air" dünyada şəriət qaydalarına uyğun ilk reysi ilə tarixə düşüb.

Ölkənin paytaxtından Lanqkavi adasına qədər uçuş şəriət qaydaları ilə keçib. Yemək yalnız halal məhsullardan ibarətdir və alkoqolun istifadəsi ciddi qadağan edilib. Bütün ekipaj üzvləri müsəlmanlardan ibarətdir. Həmçinin stüardessalar hicab geyinir. Sərnişinlər tərəfindən maraqla qarşılanan uçuşdan əvvəl isə dua oxunur.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org