18:08 – xeber – Rusiya ordusu yayda 2 mindən çox hərbi təlim keçirəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib. Onun sözlərinə görə, hərbi təlimlərdə xüsusi olaraq taktiki qrupların fəaliyyətinə diqqət yetiriləcək.
Qeyd edək ki, Rusiya il başlayandan indiyə qədər Qafqazda keçirdiyi hərbi təlimlərinin sayını artırıb. Üstəlik, artım Xəzər donanmasının təlim sayında xüsusilə müşahidə edilib.