“Rusiya yaxin gelecekde parcalanacaq”

09:09 – xeber – Rusiyanın iqtisadi böhranla üz-üzə qaldığı bir dövrdə Suriyada hərbi əməliyyatlara qoşulması ölkə daxilində narazılıqların artmasına səbəb olub. 10 generalı ordudan qovan Putin Sovet İttifaqının Əfqanıstanda yol verdiyi səhvləri təkrarlayır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur türkiyəli politoloq Aygün Attar “Əfqanıstan sindromu” başlıqlı analizində qeyd edib.
 
Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynadan sonra Suiyada hərbi əməliyyatlara başlaması şimal qonşumuza baha başa gələcək:
 
“Rusiya Türkiyəyə qarşı ABŞ ilə yaxınlaşmalıdır. Çünki ABŞ-ın vitse-prezidenti Co Bayden sonuncu dəfə Ankaradan Suriyanın şimalında bombarmanı dayandırmağı tələb etmişdi. Bu xəbərdarlıq Rusiya ilə ABŞ-ın Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı birləşməsi üçün ciddi əsasdır. Lakin Moskva bu yolu seçmədi. Artıq Putinin hazırladığı strategiyaya qarşı çıxanlar var. Xüsusilə iqtisadiyyatdakı texnokratlar böhran içində olan ölkənin böyük bir xaosa sürükləndiyinin fərqindədir.
 
Rusiya dövlət tarixinin heç bir dövründə vahid bir dövlət olmayıb. Suriyada “Əfqanıstan sindromu” ilə qarşılaşırıq. Sovet İttifaqı 1979-ci ildə Kabil rəhbərliyinin çağırışından sonra ölkəni işğal etmişdi. Lakin işğal məğlubiyyətlə bitdi və sonda İttifaq dağıldı. Putin rejiminin Suriya macərası da bənzər hadisəni xatırladır. Fikrimcə, Suriyadakı mövqeyini davam etdirsə, yaxın gələcəkdə Rusiya parçalanacaq”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org