– xeber – Suriyada 1 həftə sonra atəşkəs elan edilə bilər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov deyib.
O, işçi qrupunun bununla bağlı mexanizm hazırlayacağını bildirib:
“Suriyaya Beynəlxalq Dəstək qrupunun toplantısının sonunda lazımi mexanizmin hazırlanması üçün işçi qrupuna 1 həftə vaxt verildi. Atəşkəs 1 həftə sonra başlaya bilər. Lakin bu vaxt dəqiq deyil. Hər şey işçi qrupunun səylərindən asılıdır”.