Rusiya satisa cixartdi: Baki “İsgender” ala bilermi? – Polkovnik


[r32]
– xeber –
Hazırda Azərbaycan Silahlı Qüvvələri lazımı texnika və döyüş sursatı ilə tam təmin olunub və bu proses davam etdirilir.
Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın “İsgəndər” raket komplekslərinin ixracına başlamasını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
“Hazırda Azərbaycan Silahlı Qüvvələri lazımı texnika və döyüş sursatı ilə tam təmin olunub və bu proses davam etdirilir. Əgər Azərbaycan “İsgəndər”lərin alınmasında maraqlı olsa və ən əsası buna ehtiyac duysa, onda Rusiyadan bu raket komplekslərini və başqa növ yeni silahları alacaq. Rusiya “İsgəndər”lərin satışını elan etsə də, bunlar prinsip cəhətdən köhnə variantlardır. Çünki artıq “İsgəndər”lərin bir neçə modifikasiyası istehsal olunub. Rusiyanın “İsgəndər”lərin tədarükünə başlaması bu ölkənin silah bazarını genişləndirmək istəməsiylə bağlıdır. Rusiyanın rəsmi olaraq Ermənistana İsgəndər-M-ləri verməsi məsələsi hələ də sual altındadır. Azərbaycan buna qarşı öz ehtiyat tədbirlərini çoxdan görüb və “İsgəndər”lərə qarşı hava hücumundan müdafiə sistemlərini müasirləşdirib. Ona görə də prinsip etibarilə heç bir narahatlığımız yoxdur”, – polkovnik bildirib.
Qeyd edək ki, Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidməti “İsgəndər” raketlərinin bir sıra xarici tərəfdaşlarına tədarükü ilə bağlı müraciətlərə baxdığını açıqlayıb. Hansı dövlətlərin müraciət etdiyi isə gizli saxlanılır.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org