Rusiya qosunlari Suriyadan tam cixmayacaq – Şerh


[r32]
– xeber –
Rusiyanın Suriyadakı hərbi bazası öz fəaliyyətini davam etdirəcək.
Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin rus ordusunun Suriyadan çıxarılması haqqında sərəncamını şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Rusiya qoşunlarının Suriyadan çıxarılması prosesi qismən baş tutacaq:
“Rusiya Müdafiə naziri Sergey Şoyqunun ölkəsinin Suriyada İŞİD-ə qarşı apardığı müharibənin sona yetdiyini bəyan etməsindən sonra rus qoşunlarının nə vaxtsa Suriyadan çıxarılacağı bəlli idi. Sadəcə, bu proses tam şəkildə reallaşmayacaq. Rusiyanın Suriyadakı hərbi bazası öz fəaliyyətini davam etdirəcək. Sadəcə, bu bazanın profilində, yaxud fəaliyyətində müəyyən korrektələr aparıla bilər. Ancaq bazanın əsas məqsədləri dəyişilməz olaraq qalacaq. Əslində, Rusiya qoşunlarını Suriyadan tamamilə çıxarmır. Nə qədər ki, Türkiyənin qoşunları, İranın hərbi müşavirləri Suriyadadır, Rusiyanın qoşunları da bu bölgədə qalacaq”.
Politoloq bildirib ki, Rusiyanın Suriyadakı qoşunlarının rolu, funksiyası ilə bərabər, onların kəmiyyətində də dəyişikliklər baş verəcək:
“Suriyada rus qoşunlarının sayının azalması müşahidə oluna bilər. Bu da mövcud şəraitdə Rusiyanın Suriyadkı hərbi mövcudluğunun optimallaşdırılması ilə nəticələnəcək”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin rus ordusunun Suriyadan çıxarılması haqqında sərəncam verib. Bununla bərabər, Rusiya ordusuna məxsus 4-5 qırıcının hələ Suriyada qalacağı bildirilib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org