18:34 – xeber – Rusiyanın dörd hərbi təyyarəsi Latviya sərhədlərinə yaxınlaşıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Latviya Milli Silahlı Qüvvələri yayıb. Latviyanın sərhədlərinə iki Su-27 və iki An-26 təyyarəsi yaxınlaşıb.
Qeyd edək ki, Rusiya hərbi təyyarələri bundan öncə dəfələrlə Latviya sərhədlərinə yan alıb. Rəsmi Riqa bunu ölkəsi üçün təhdid adlandırsa da Moskva öz addımlarından geri çəkilməyib.