Rusiya ordunu doyus veziyyetine getirir – Turkiyeye gore

15:15 – xeber – Rusiya ordusunun komandanlığı cənubdakı qoşunlarının döyüş hazırlığını yoxlayıb.
 
Axar.az “Obozrevatel” saytına istinadən xəbər verir ki, təlimlər tanınmamış Abxaziya, Cənubi Osetiya, o cümlədən Çeçenistan, Dağıstan, Ermənistanın Türkiyə ilə sərhədində, Krım yarımadası və Xəzər dənizində baş tutub.
 
Qoşunlar təlimlər zamanı dağlarda döyüşə də hazırlaşdırılıb. Eyni dövr ərzində Ermənistandakı Rusiya bazası 4 Miq-29 təyyarəsi ilə gücləndirilib. Abxaziyada isə S-300-lərin iştirakı ilə təlimlər keçilib. Təkcə Xəzər donanmasında baş tutan təlimdə mindən çox hərbçi iştirak edib.
 
Çeçenistandakı helikopter alayı isə zirehli texnikanın Gürcüstan və Ukrayna ilə sərhəddəki aerodromlara köçürülməsini həyata keçirib.
 
Təlimlər zamanı Kreml nüvə qüvvələrini də sınaqdan çıxarıb. Sibirdəki raket diviziyaları “Topol-M” ballistik raketini şərti sınaqdan keçirib.
 
Ukraynanın “Defans Ekspres” konsaltinq şirkətinin hərbi eksperti Sergey Zqurtsa Pskov vilayətindən Ermənistana qədər baş tutan təlimləri şərh edib:
 
“Ukrayna sərhədində və Krım yarımadasında baş tutan təlimlər Türkiyəyə qarşı yönəlib. Təlimlərin başa çatmasından sonra qoşunlar bu regionda mümkün fəaliyyətlərə qarşı tam döyüş hazırlığına gətiriləcək”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org