Rusiya Merkezi Banki 12 milyardliq sehv etdi


[r32]
– xeber –
Rusiya Mərkəzi Bankının cari ildə ölkədən kapital axını ilə bağlı proqnozunda 12 milyard dollarlıq yanılma olub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, “Gazeta.ru” il ərzində ölkədən 29 milyard dolların getdiyini yazıb.
“Mərkəzi Bank gələn il üçün kapital axınını 10 milyarddan 16 milyard dollara yüksəldib. Bu nə yaxşı, nə də pis bir şeydir. Amma bank sektorunda həyəcan artır.
Son 11 ay ərzində kapital axını 3,4 dəfə artıb. Payızda Mərkəzi Bank kapitalın hərəkəti ilə bağlı optimizm nümayiş etdirmişdi. OPEK və qeyri-Opek ölkələrin məhdudiyyətləri ilə neftin qiymətinin bahalaşması bu optimizmi yaradırdı. O zaman neftin dəyəri 40% artmışdı və ilk dəfə olaraq son iki ildə 60 dolları keçmişdi. Bu, Rusyanın ixracdan əldə etdiyi gəlirləri üçüncü rübdə artırmağa imkan verirdi. Sentyabrda Mərkəzi Bank kapital axınının 17 milyard dollar olacağını söylədi, amma bu optimizm qışın gəlişi ilə itdi. Təkcə Mərkəzi Bank yox, İqtisadi İnkişaf Nazirliyi də axını doğru dəyərləndirə bilmədi.
Mərkəzi Bank hələ də hesab edir ki, kapital axını investorların qaçışı yox, bankların öz borclarını bağlamaq istəməsiylə bağlıdır. Əslində kapital axınına banklarla bərabər şirkətlər də səbəb olub. Korporativ sektor üçüncü rübdə ölkədən 14 milyard dollar çıxarıb. Bu isə son illərin rekord göstəricisidir”, – məqalədə bildirilib.
Qəzet Mərkəzi Bankın açıqlamaları ilə ekspertlərin razılaşmadığını bildirib. Onların fikrincə, artıq iqtisadiyyat üçün həyəcanlı anlar yaxınlaşıb. Ekspertlər həmçinin neft qiymətlərinin artmasının belə Rusiyaya investor cəlbinə kömək etmədiyini söyləyib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org