– xeber – PYD-nin Suriya müzakirələrində iştirakını təmin etmək üçün əlimizdən gələni edəcəyik.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov deyib.
“BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura hələlik Cenevrəyə kürdləri dəvət etməyib. Lakin kürdlərin sonrakı mərhələlərdə iştirakını təmin etmək üçün çalışacağıq. Onların tez bir zamanda Suriya müzakirələrində aktiv iştirakında maraqlıyıq”, – Qatilov vurğulayıb.