Rusiya kanalinda Qarabag heqiqeti – Video

00:43 – xeber – Rusiyanın "Birinci" kanalının jurnalistləri Azərbaycan-Ermənistan cəbhə bölgəsindən videoreportaj hazırlayıb. 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, jurnalistlər Ağdam və Tərtər rayonlarında yerli sakinlərlə görüşüb, erməni vandalizmi nəticəsində dağıdılan evlərə baxıblar. Rusiyalı jurnalistlər sərhəd bölgəsinin sakinləri ilə, eləcə də Bakı sakinləri ilə söhbətlərində azərbaycanlıların müharibə tərəfdarı olmadığı, qonşuları ilə sülh şəraitində yaşamaq istədikləri qənaətinə gəliblər. 

Qeyd edək ki, aprel ayı ərzində erməni təxribatı nəticəsində Ağcabədi rayonunun Qaraxanlı kəndində 7 otaqdan ibarət 2 mərtəbəli ev yerlə yeksan olub. Aprelin 27-dən 28-nə keçən gecə rayona 100-ə yaxın mərmi düşüb. Bunlar Bayat, Qaraxanlı, Aşağı Hacılı, Niyaz kəndləridir. 30-a yaxın ev ziyan çəkib. Ermənilərin Ağdam və Tərtər rayonlarının cəbhəyanı kəndlərini ağır artileriyadan atəşə tutması nəticəsində xeyli sayda mal-qara da tələf olub. Ağdamın Qaradağlı kəndinə düşən mərmi isə 15-dək xırda buynuzlu heyvanı tələf edib. Tərtər rayonunda isə ümumilikdə 30-a yaxın heyvan düşmənin atdığı mərmilər nəticəsində tələf olub. 

Ümumilikdə isə son bir ayda ermənilərin kəndlərimizi atəşə tutması nəticəsində 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ziyan dəyib, 100-dən artıq ev isə tamamilə dağılıb. 

Ermənilərin dinc əhaliyə bu hücumu zamanı 6 nəfər həlak olub, 26 nəfər yaralanıb.

Rusiya kanalının hazırladığı reportajın videosunu təqdim edirik:
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org