16:08 – xeber – Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi rəsmi Bakının qəfil düşmənçiliyinə səbəb ola bilər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Dumasının MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Slutski söyləyib. Onun sözlərinə görə, bu qərar təmas xəttində eskalasiyanı artıra bilər.
Qeyd edək ki, Ermənistan hökuməti bu gün Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini qəbul edərək, parlamentin müzakirəsinə göndərib.